“ABŞ Prezidenti Donald Trampın İranın ali lideri Əli Xameneini ölkədə davam edən etirazlar fonunda öldürməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qraham deyib.
Qraham Trampı İran xalqının yanında olduğuna görə dəstəkləyib.
“Ayətullah Xamenei dəhşətli adamdır. Donald Tramp deyir ki, İranı yenidən böyük etməyin ən yaxşı yolu etirazçıların qələbə qazanması və rejimin devrilməsidir. Buna necə nail ola bilərik? Cənab Prezident, hansı addımı atsaq da, bu, etirazçıları ruhlandırmalı və rejimi qorxutmalıdır. Baş verənlərə son qoymalıyıq!”, – deyə senator bildirib.
Əliyar Xəlil
Globalinfo.az