qadin itkin

Siyəzən rayonu ərazisində yaşayan 62 yaşlı Nazilə İsmayılova itkin düşüb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, N.İsmayılova 2023-cü il yanvarın 24-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinin (023) 304 13 03 şəhər və (070) 733 83 19 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

WhatsApp Image 2023 02 20 at 14.47.52

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: