“Fransa Prezidenti Emmanuel Makronu istefa verməldir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Filippot deyib.
“Makron açıq-aydın müharibə istəyir! 2027-ci il seçkilərini ləğv etmək? Fransızları qorxu içində saxlamaq? “Avropa ordusu”nun yaradılmasını tələb etmək? Əlbəttə ki, belədir! Onda onu hakimiyyətdən uzaqlaşdırın!”, – o yazıb.
Filippotun sözlərinə görə, hazırda yalnız Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərməyi ciddi şəkildə nəzərdən keçirir.
Qeyd edək ki, yanvarın 7-də Emmaneul Makron Ukraynada atəşkəsdən sonra sülhü qorumaq üçün “minlərlə fransız əsgəri”nin oraya yerləşdirilə biləcəyini deyib. Bildirilib ki, bu məsələ fransız xalqı tərəfindən də narazılıq yaradıb.
Əliyar Xəlil
Globalinfo.az