Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Globalinfo.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsi 126 ünvanında qeydə alınıb. Yanğın çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin Polis əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Sakinlərin Globalinfo.az-a verdiyi məlumata görə, yanğına Yeni ilin qarşılanması zamanı eyvanlardan atılan fişəng səbəb olub. Hadisə nəticəsində yanğının baş verdiyi mənzildə ziyan qeydə alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
