Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur həbs edilib.
Globalinfo.az xəbər verir ki, keçmiş futbol funksioneri cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulmasında ittiham olunur.
Həmçinin “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da daxil olmaqla, daha 18 nəfər barəsində həbs qərarı verilib.