WhatsApp Image 2023 02 18 at 15.53.30

18.02.2023  15:55

Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində etiraz aksiyası keçirilir.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, aksiyaya səbəb məşhur “Sea Breeze” şirkətinin işçilərinin əməkhaqlarının kəsməsidir.

Belə ki, həmin şirkətin 31-ci villasını tikən şəxslər əməkhaqlarını ala bilmədikləri üçün bu cür addım atmalı olublar.

Onlar dayanacaqlara “Sea Breeze 31 villa əməkhaqlarımızı kəsib” sözlərini yazıblar.

Qeyd edək ki, Bakının Nardaran qəsəbəsində yerləşən məşhur “Sea Breeze” istirahət mərkəzinin sahibi Rusiyada yaşayan iş adamı, “Crocus Group”un sahibi Araz Ağalarovdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: