“NATO Kalininqrad bölgəsinə zərbə endirmək qərarına gələrsə, Rusiya tez və sərt cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı hərbi analitik, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter deyib.
O, NATO-nun Quru Qoşunları Komandanı general Kristofer Donahonun Kalininqradla bağlı fikirlərini şərh edib.
Donaho Alyansın Kalininqrada elektrik enerjisini kəsə biləcəyini deyib.
“Bu, mümkün deyil. Donah NATO-nun Kalininqrada zərbə endirməsindən bir saat sonra öləcək. Ruslar sadəcə onun komandanlıq məntəqəsini məhv edəcəklər. Ümumiyyətlə, bu cür açıqlamalar yalnız Rusiya ilə münasibətlərdə gərginlik yarada bilər”, – deyə Ritter reaksiya verib.
Əliyar Xəlil
Globalinfo.az