Rusiyanın Əməkdar artisti, tanınmış teatr və kino aktyoru Nikolay Denisov 80 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, sənətçi dekabrın 19-da Moskvada dünyasını dəyişib. Aktyorun ölümünə səbəb kimi insult keçirməsi göstərilir.
Xatırladaq ki, N. Denisov 1 oktyabr 1945-ci ildə anadan olub. 1970-ci ildə Leninqrad Teatr İnstitutunun Aktyorluq, Musiqi və Kinematoqrafiya fakültəsini bitirib. Karyerası ərzində Pskov Dram Teatrında və Leninqrad Vilayət teatrlarında çalışıb. 2005-ci ildən Sankt-Peterburq “Benefits” Dövlət Dram Teatrının aktyoru olub.
Qeyd edək ki, geniş tamaşaçı kütləsi onu xüsusilə “Sınıq fənərlər küçəsi”, “Müttəhim” və “İzləyici” kimi məşhur kriminal seriallardakı rolları ilə tanıyıb.