Türkiyədə dəhşətli zəlzələ səbəbindən Qaziantepdən Konyaya gələn 7 nəfərlik ailə faciəvi şəkildə həlak olub.
Globalinfo.az xəbər verir ki, ailə üzvlərinin qaldığı kərpic evdə baş verən yanğında öldükləri bildirilib.
Qeyd edilir ki, yanğında çökən evdə fiziki məhdudiyyətli ana, ata və 5 uşaq olub. Onların hamısı həyatını itirib.
Hadisə zamanı yaralanan 7 nəfər isə xəstəxanaya yerləşdirilib.
Tamerlan Yayaqan
Globalinfo.az