tramp11

Dünən Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ABŞ Prezidenti Donald Trampa təqdim edilən FIFA Sülh mükafatı ilə bağlı maraqlı məqam məlum olub.

Globalinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır.

Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.

Əli İbadullayev də Rəssamlar İttifaqının üzvüdür.

MyCollages%20(5)(1)

Səlhab Məmmədov və Əli İbadullayev

Hündürlüyü 4 metr olan abidə hazırda Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşir.

1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə abidə BMT-yə hədiyyə verilib.

591383911 1366309298325292 3199556047516537552 n

Qeyd edək ki, FİFA bu mükafatı ilk dəfə təsis edib. FIFA rəhbəri Canni İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti “insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə”, hətta Nobel Sülh Mükafatına layiq görülməli idi.

“Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz”, – İnfantino bildirib.

infantino%20tramp

D. Tramp isə çıxışında diplomatik təşəbbüsləri sayəsində “on milyonlarla insanın həyatını xilas etdiyini”, bir çox münaqişələrin “başlamadan qarşısını aldığını” deyib.

“Bu mənim həyatımın ən böyük şərəflərindən biridir”, – ABŞ prezidenti vurğulayıb.

fc39c7e9 852c 4fb4 9f25 85eccea313b8
594967135 1419559636843701 5867546664462751568 n

Paylaş: