Azərbaycan Dəmir Yolları Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev deyib.

O bildirib ki, Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib.

“Tikinti işləri 188 km-lik dəmir yolu xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək. Bildiyiniz kimi, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda cənab Prezident növbəti tarixi zəfərə imza ataraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanmasına nail olub. Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilir. Bu dəhliz həm də Şimal-Cənub dəhlizinin əsas halqalarından birini təşkil edəcək”, – sədr müavini qeyd edib.

69328cbecde9969328cbecde9a176492051032330c355ffbcc09aec8caad441d7cb1
69328cbfa89c669328cbfa89c71764920510e28642c8065f26d858879089f0abed3e
69328cbf4217c69328cbf4217d1764920510107a7c46e7ad890b53ba4b448811587a
69328cbfdbefe69328cbfdbeff1764920510a57db2c86ff00f35373c1920ddd1ba61

Paylaş: