Kəlbəcər və Laçın rayonlarında yanğın dağlıq ərazilərdə mürəkkəb relyefli ərazidədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirir.
FHN adıçəkilən rayonlarda yanğınla mübarizə tədbirləri davam etdirildiyini və bunun fasiləsiz olaraq həyata keçirildiyini bildirib.
***16:16
Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb.
Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.