1764749116 ramiz modern.az 1

***10:30

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovu ittiham edib.

Globalinfo.az xəbər verir ki, o, “Azərbaycan” qəzeti redaksiyasının saxtakarlığa yol verdiyini yazıb.

A.Musayev bildirib ki, “Azərbaycan” qəzeti Ümummilli lider Heydər Əliyevin qəzet oxuyarkən çəkilmiş fotosunu dəyişdirib:

“Bu gün “Azərbaycan” qəzetinin 10000-ci sayı çap olunub. Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi bu foto gerçək deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.

Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və Vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq nəyə xidmət edir?

Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.

B.Sadıqov sözügedən iddia ilə bağlı Modern.az-a deyib ki, həmin foto Ümumilli lider Heydər Əliyevin fotoqrafı tərəfindən çəkilib:

Azərbaycan” qəzetinin 10000-ci sayının çıxmasına sevinən də var, sevinməyən də. Mən bunu normal və təbii qəbul edirəm. “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir. Qəzetimizdə dərc olunan fotolar üç mənbədən əldə olunur: öz fotoqrafımızın çəkdiyi fotolar, AZƏRTAC-ın xətti ilə göndərilən fotolar və arada Ulu öndər Heydər Əliyevin fotoqrafı Rafiq Bağırovdan alınan fotolar. Bəhs olunan bu foto da Ulu öndərimizin sağlığında çəkilmiş şəkildir. Fotoda onun təyyarədə olduğu və qarşısındakı qəzetlərə bir-bir baxdığı görülür. Bu fotonu biz dəfələrlə  dərc etmişik”.

B.Sadıqov Alqış Musayevin hər dəfə bu foto dərc olunanda onun saxta olması ilə bağlı iddia qaldırdığını vurğulayıb:

“Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər ƏliyevAzərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər. “Azərbaycan” qəzeti olaraq biz heç vaxt rəsmi kanalla bizə gələn fotolardan şübhələnib ekspertizaya vermirik. Ona görə də, təklif edirəm ki, bunu hüquqi müstəvidə həll etsinlər”.

Xatırladaq ki, “Yeni Azərbaycan” YAP-ın, “Azərbaycan” isə Milli Məclisin rəsmi orqanıdır.

593424229 26360593300197389 4557539280491935152 n 592181250 26360566443533408 3090185377135515169 n

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: