AA 20251202 39873363 39873322 GUANGZHOU ULUSLARARASI OTOMOBIL FUARI

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqları başa çatıb.

Globalinfo.az xəbər verir ki, Kremldə keçirilən danışıqlar 5 saata yaxın davam edib.

    Danışıqların yekunu ilə bağlı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun mətbuata açıqlama verəcəyi gözlənilir.

    02.12.2025 23:48

    Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş üç saatdan çoxdur ki, davam edir.

    Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov danışıqların konkret müddətinin olmadığını, lazım olduğu qədər davam edəcəyini söyləyib.

    Qeyd edək ki, Kremldə keçirilən görüşdə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edir.

    Rusiya tərəfdən isə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edirlər.

    ***20:54

    Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə Kremldəki görüşü başlayıb. Stiv Uitkoff və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev Kremlə birgə daxil olublar.

    Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

    Bildirilib ki, Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner dekabrın 2-də Moskvaya gəlib. Onların Rusiya lideri Vladimir Putinlə görüşü günün ikinci yarısına təyin edilib.

    Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır:

    Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək”.

    Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞUkrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə ərazi məsələləri, Ukraynanın NATO-ya mümkün üzvlüyü və Qərb ölkələri tərəfindən dondurulan Rusiya aktivlərinin taleyi müzakirə olunub.

    Paylaş: