Türkiyə Qara dənizdə partlayış nəticəsində zərər görmüş tankerin daşınmasını həyata keçirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, gəminin təhlükəsiz əraziyə aparılması əməliyyatı bu gün yerli vaxtla saat 17:45-də başlayıb.
Tankerin 1 dekabr tarixində, təxminən saat 13:00-da Türkiyəyə çatması planlaşdırılır.
Əliyar Xəlil