EW7VCVQNDVLUPF6Z6YPRYYMRUQ

ABŞ-da çərşənbə günü Milli Qvardiyanın iki əsgərini güllələyən Əfqanıstan vətəndaşını ömürlük həbs cəzası gözləyir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın baş prokuroru Pam Bondi bildirib.

“Hazırda onların vəziyyəti ilə bağlı açıqlama verməyəcəyəm. Sağalmaları üçün dua edirik”, – Bondi deyib.

Xatırladaq ki, ABŞ Milli Qvardiyasının əsgərlərinə hücum çərşənbə günü Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında baş verib.

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərinə hücumu “terror aktı” adlandırıb. Hər iki hərbçinin ölməsi haqda məlumat yayılmışdı.

Paylaş: