692844f5f504a08e8484cc8d

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikan Dövlət Başçısı Papa XIV Leo ilə təkbətək görüşüb.

Globalinfo.az xəbər verir ki, baş tutan görüş təxminən yarım saat davam edib.

***14:36

Roma papası XIV Leo bu gün Türkiyəyə səfər edib. 

Globalinfo.az xəbər verir ki, 30 noyabr bazar gününə qədər davam edəcək səfərdə Papa İznikdə xüsusi bir mərasimdə iştirak edəcək.

Qeyd edək ki, Katolik Kilsəsində may ayında keçirilən Papalıq seçkisində seçilən Papa XIV Leonun Türkiyə və Livanı əhatə edən ilk xarici səfəri bu gün başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyəyə gələn Papa ilk olaraq paytaxt Ankarada rəsmi görüşlər keçirəcək.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: