WhatsApp Image 2025 11 21 at 16.11.23 1

Ermənistan Hindistanın “Tejas” qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb. 

Nəşrin iddiasına görə, Ermənistan Dubayda baş verən təyyarə qəzasından sonra bu addımı atıb.

Qeyd olunur ki, İrəvan Hindistan hökuməti və HAL aviasiya şirkəti ilə 1,2 milyard dollar dəyərində 12 təyyarənin alınması ilə bağlı danışıqlar aparmışdı. Bu əməliyyat “Tejas” təyyarələrinin ilk satışı olmalı idi.

Xatırladaq ki, bir müddət əvvəl “Dubai Airshow 2025” aviaşousunda Tejas” qırıcı təyyarəsi qəzaya uğrayıb. Sözügedən tədbirdə Azərbaycan müdafiə nazirlərinin rəsmiləri də iştirak edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: