69209773c107b69209773c107c176374360369209773c107869209773c1079 1 1

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.

Qeyd edək ki, dünən axşam 19:50 radələrində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 3 nəfər həyatını itirib.

Paylaş: