
Yasamalda yanğının baş verdiyi binanın sakinlərindən olan tanınmış jurnalist Heydər Mirzə həmin anlarla bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, dostu ilə birlikdə yuxarı mərtəbədə çarəsiz vəziyyətdə qaldıqlarını bildirib.
Onun sözlərinə görə yanğın zamanı əmələ gələn qatı tüstü səbəbindən yalnız dördüncü mərtəbəyə qədər düşə biliblər, daha sonra isə geri qayıdıb mənzildə gözləməyə məcbur olublar.
Xatırladaq ki, bu gün 19:50 radələrində Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində güclü yanğın baş verib. Hadisə zamanı biri azyaşlı olmaqla, 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.