WhatsApp Image 2025 11 21 at 16.11.23

Dubayda keçirilən və Azərbaycan müdafiə nazirinin müavininin də canlı izlədiyi aviaşouda qəzaya uğrayan Hindistana məxsus qırıcı təyyarəsində bir nəfər həlak olub.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

İlkin məlumatlara görə, “Dubai Airshow 2025” aviaşousunda qəzaya uğrayan “Tejas” qırıcı təyyarəsinin pilotu katapult etməyə imkan tapmayıb.

Hindistan Hərbi Hava Qüvvələri “Tejas” qırıcı təyyarəsinin aviaşouda qəzaya uğradığını və pilotun həlak olduğunu təsdiqləyib.

***

Dubayda keçirilən aviaşouda qəzaya uğrayan Hindistan qırıcı təyyarəsinin pilotu ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

***14:41

Hindistanın Tejas qırıcı təyyarəsi Dubay Hava Sərgisində nümayiş zamanı qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Paylaş: