anar

Mətbuat Şurasının sədri Rəşad Məcid yazıçı Anar Rzayevin yayılan son fotosundan danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

R.Məcid yazıçının bir müddət əvvəl ayağı ağrıdığına görə klinikaya getdiyini bildirib:

“Anar səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb. O, bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gələrək yazıçı ilə şəkil çəkdirə bilərlər”.

Qeyd edək ki, bundan əvvəl Anar Rzayev Qafqazinfo-ya açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirmişdi: “Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: