1. Huseyn Eizoglu

Şəhid atası, aşıq sənətinin görkəmli nümayəndəsi, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Əzizoğlu növbəti dəfə Göycəli kəndindəki doğma evində ziyarət olunub.

Globalinfo.az bildirir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslərlə birlikdə səhəti ilə bağlı müalicəsi ev şəraitində davam etdirilən şəhid atasına baş çəkib, ailənin qayğıları ilə maraqlanıb.

Hüseyn Əzizoğlu söhbət əsnasında  ölkəmizdə şəhid ailələrinin üzvlərinin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmasına, eləcə də müharibə iştirakçılarına göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

2. Huseyn Eizoglu9f2e69d8 e749 4507 82d2 22591918479d91cbf90f 8697 4d91 97ec 5f1a6de246b8ee1506c4 9c26 4a77 9447 b310d14af77e

Paylaş: