thumbs b c 2532411db2d754fd347cff8ae78eaf7e

Venesuelada 200 min əsgər səfərbər edilib. Müdafiə naziri Vladimir Padrino Lopez bu addımın ABŞ-ın Karib dənizi regionunda artan hərbi fəallığına cavab olaraq atıldığını bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Week” məlumat yayıb.

Nazirin sözlərinə görə, bu, Venesuelanın qarşılaşdığı potensial təhlükələrə qarşı hazırlıq məqsədi daşıyır və iki gün davam edəcək genişmiqyaslı hərbi təlimlərin bir hissəsidir.

Lopez qeyd edib ki, Karib hövzəsində sülh təhlükə altındadır, ABŞ Dövlət Departamentinin yaydığı yalan məlumatlar bölgədə gərginliyi artırır:

ABŞ-ın Karib regionundakı hərbi fəaliyyəti sülh üçün real təhdiddir. Bu yalanlar Vaşinqtonun öz daxilindəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır. Onlar yalanlarını və Venesuelaya qarşı hücumlarını davam etdirəcəklər. Biz isə daha çox iş, daha çox birlik və daha çox vətənpərvərlik nümayiş etdirəcəyik”.

Tahir Turan
Globalinfo.az

Paylaş: