WhatsApp Image 2025 11 10 at 17.34.09 2

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya FHN-dən məlumat verilib.

Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsinin rəis müavini Nəsimi Hüseynov APA-nın yerli bürosuna bildirib ki, yanacaq məntəqəsində baş verən yanğın tam olaraq söndürülüb.

***19:09

Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

APA-nın yerli bürosu xəbər verir ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.

***

Naxçıvanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.

***19:08

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın başlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, yanğın yanacaqdoldurma məntəqəsinin ambarında baş verib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub.

Paylaş: