1657101401 2af56770 ca8a 445d 93e9 fa1accc39cc0 850

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏliyevaBakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 “Gənc arıçı” ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.

Xocalı rayonunda fəaliyyət göstərən “Güllü Yaylaq” arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı – Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda “Güllü Yaylaq” kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş “Kəlbəcər bal festivalı 2025”in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.

690b6417b2ee7690b6417b2ee81762354199690b6417b2ee5690b6417b2ee6 690b6417bee1a690b6417bee1b1762354199690b6417bee18690b6417bee19 690b6417ca2b8690b6417ca2b91762354199690b6417ca2b6690b6417ca2b7 690b6417d499f690b6417d49a01762354199690b6417d499d690b6417d499e 690b6417de8fd690b6417de8fe1762354199690b6417de8fa690b6417de8fc 690b6417e6faa690b6417e6fab1762354199690b6417e6fa8690b6417e6fa9 690b6417f0ea4690b6417f0ea51762354199690b6417f0ea2690b6417f0ea3 690b64181e992690b64181e9931762354199690b64181e990690b64181e991 690b6418090c3690b6418090c41762354199690b6418090c1690b6418090c2 690b6418294fc690b6418294fd1762354199690b6418294fa690b6418294fb 690b6418357a4690b6418357a51762354199690b6418357a2690b6418357a3 690b641813730690b6418137311762354199690b64181372e690b64181372f

Paylaş: