Tohid Tunnel in Tehran

İranın paytaxtı Tehranda yaxın iki həftə ərzində ciddi su qıtlığı yaşana bilər.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Tehran Su İdarəsinin baş direktoru Behzad Parsa bildirib.

O qeyd edib ki, şəhərin əsas su mənbəyi olan Əmir Kəbir bəndində hazırda cəmi 14 milyon kubmetr su qalıb. Bu, bəndin ümumi tutumunun cəmi 8 faizinə bərabərdir.

Parsanın sözlərinə görə, bəndin indiki vəziyyəti paytaxtı maksimum iki həftə ərzində su ilə təmin etməyə imkan verir. O qeyd edib ki, bu azalma əsasən yağıntıların kəskin şəkildə azalması ilə bağlıdır.

Tehran və Əlborz əyalətlərinə su təminatı beş əsas bənd – Lar, Məmlu, Əmir Kəbir, Talikan və Latyan vasitəsilə həyata keçirilir. Hazırda onların demək olar ki, hamısında su səviyyəsi təhlükəli həddə enib.

Tahir Turan
Globalinfo.az

Paylaş: