Gəncədə 32 yaşlı qadın 3 övladı ilə birgə evdən qaçdı

Gəncədə 32 yaşlı qadın 3 övladı ilə birgə itkin düşüb.

Globalinfo.az-ın məlumatına görə, Gəncə şəhər Ü.Hacıbəyli küçəsində yaşayan 1990-cı il təvəllüdlü G.Mehdiyeva dekabrın 18-də 2007, 2011 və 2014 təvəllüdlü oğulları ilə birgə itkin düşüb.
G.Mehdiyevanın evli olduğu və ailəsi ilə birgə yaşadığı mənzili tərk edərək naməlum istiqamətə getdiyi qeyd edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən araşdırmalara və axtarış tədbirlərinə başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, artıq qadının və övladlarının yeri müəyyən edilib. Bu barədə onların ailəsinə məlumat verilib və həmin şəxslər barəsində axtarış işi dayandırılıb.

Zaira Akifqızı
Globalinfo.az