“Əgər ABŞ səfirliyi ələ keçirilməsəydi, bu gün İslam Respublikası mövcud olmazdı. Olardısa belə, raketlərimiz və atom enerjimiz də olmazdı”.
Globalinfo.az xəbər verir ki, bu sözləri İran inqilabının banisi Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni bu gün Behişti Universitetində ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin işğalını təşkil edən hadisələrin İslam Respublikasının mövcudluğunda həlledici rol oynadığını bildirib. Həmçinin həmin əməliyyatın praktik mesajının ABŞ-ın “yeganə qərar qəbul edən” olmadığını nümayiş etdirmək olduğunu vurğulayıb.
Əli Xomeyni çıxışında əlavə edib ki, bölgədə heç bir ölkənin özünü müdafiə etmək hüququnun olmaması barədə düşüncə yanlışdır və ABŞ bu hüququ məhdudlaşdırmağa çalışır.
Tahir Turan
Globalinfo.az