“Hazırda böyük problemlər var. Məsələn, son 4 ildə Gorus rayonunun mövqeyi və əhəmiyyəti tamamilə dəyişib”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“2020-ci ilə qədər Gorus Qarabağ və İran üçün əsas kəsişmə nöqtəsi idi. Sərhəd xətti baxımdan Azərbaycandan çox uzaqda idi. Son illərdə Zəngəzurun təhlükəsizlik mühiti və infrastruktur məntiqi dəyişdi”, – T.Abramyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az