63e53f8384c9663e53f8384c97167596838763e53f8384c9463e53f8384c95

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Globalinfo.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb.

Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

63e53f98e87b163e53f98e87b2167596840863e53f98e87af63e53f98e87b0 63e53f838bc8663e53f838bc87167596838763e53f838bc8463e53f838bc85 63e53f837b31d63e53f837b31e167596838763e53f837b31963e53f837b31b

Paylaş: