Hindistan və Çin 5 il sonra ölkələr arasında hava əlaqəsini bərpa ediblər.
Globalinfo.az xəbər verir ki, Asiyanın ikinci ən böyük aviaşirkəti və dünyanın ən böyük aviaşirkətlərindən biri olan “IndiGo” ilk uçuşunu bazar günü axşam Kəlküttədən Quançjouya həyata keçirəcək.
“China Eastern Airlines” də noyabrın 9-da Şanxay-Dehli reyslərini bərpa edəcək. Aviaşirkət A330-200 təyyarələrindən istifadə etməklə həftədə üç dəfə, çərşənbə, şənbə və bazar günləri Dehliyə reyslər planlayıb.