sergey

Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin III Dünya müharibəsinin artıq başladığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Stepaşinin sözlərinə görə, artıq qlobal münaqişə gedir, lakin bu, hibrid formadadır.

Bundan əvvəl keçmiş baş nazir bəyan etmişdi ki, Ukrayna ordusunun “Tomaqavk” raketlərindən istifadə etməsi ABŞ-ın Rusiyaya qarşı hərbi əməliyyatlarının başlanğıcı olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: