Xristian aləmi Türkiyədə baş verənlərə səssiz qala bilməzdi.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə çıxışı zamanı deyib.
Müxalifətin Ankaraya yardımla bağlı tənqidlərini cavablandıran Simonyan Türkiyəyə təkcə Ermənistan yox, bütün dünyanın, hətta Kiprin belə başsağlığı verdiyini xatırladıb.
O, Ermənistanın hazırda Türkiyə ilə təhlükəsizlik məsələlərini həll etməyə çalışdığını söyləyib:
“Siz deyirsiniz ki, Türkiyə düşməndir. Biz razılaşırıq ki, indiki situasiya və münasibətlər düşmənçilik xarakterlidir. Vətənpərvər mahnılar və Ermənistanın xristianlığı qəbul edən ilk ölkə olduğunu deməklə təhlükəsizlik məsələlərini həll etmək olmaz. Mən başa düşmürəm ki, nə təklif edirsiniz?! Deyirsiniz ki, 90 milyonluq Türkiyəyə hücum edək? Problem var və həll edilməlidir. Biz məhz bunu etməyə çalışırıq”.
İlkin Həsənov
Globalinfo.az