Bakıda məşhur marketlərin birində təsirli hadisə yaşanıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaşlarımızdan biri Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün 792 AZN-lik döşək alıb. Növbədə gözləyən digər müştərilər döşəklərin Türkiyəyə yardım məqsədilə alındığını öyrəndikdə xərci bölüşməyi təklif ediblər.
Bundan sonra onlar məbləğin bir hissəsini yığaraq ödəniş ediblər.
Zaira Akifqızı
Globalinfo.az














