Rusiyanın ötən gecə Xarkovda uşaq bağçasına hücumu nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”da bildirib.
Onun sözlərinə görə, bütün uşaqlar təxliyə edilib və hazırda sığınacaqlardadırlar.
“Bağçaya dron hücumu təşkil etmək üçün heç bir bəhanə yoxdur, heç ola da bilməz”, – Zelenski vurğulayıb.