
Türkiyədə baş verən zəlzələ nəticəsində qardaş ölkəyə yardım məqsədilə yaradılmış “Qardaş Köməyi” platformasının təqdimatı olub.
Globalinfo.az xəbər verir ki, tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda deyilir:
“Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü il tarixdə baş vermiş dağıdıcı zəlzələlər, çoxsaylı insan ölümü və yaralanması, binaların dağılması Azərbaycan xalqının dərin kədərinə səbəb olmuşdur. “Bir millət” iki dövlət” deyən Azərbaycan rəsmiləri və ictimaiyyəti Türkiyənin kədərinə şərik olmuş, ilk saatlardan etibarən ona yardım əlini uzatmışdır.
Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından, o cümlədən səhiyyə və digər sahələr üzrə olan peşəkarlardan ibarət yardım heyəti, lazım olan avadanlıqlarla birgə qardaş ölkəyə göndərilmişdir.
Vəziyyətin gərgin olmasını, minlərlə insanın ölməsi və yaralanmasını, böyük miqdarda maddi zərərin dəyməsini nəzərə alaraq Türkiyəyə dəstəyin genişləndirilməsinə ciddi ehtiyac var. Azərbaycan və Türkiyənin rəsmi qurumlarının apardıqları uğurlu yardım, arama-qurtarma və s. kimi önəmli fəaliyyətlərə dəstək olmaq üçün MÜSİAD Azərbaycan, Gəncliyə Yardım Fondu, ATİB, TUİB, Azərbaycan Sahibkarlar Konfederasiyası, Müasir İnkişaf Birliyi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri, dəstəkçi təşkilat olan KOBİA-nın təmsilçisinin də iştirakıyla 06 fevral 2023-cü il tarixdə “Qardaş Köməyi ” platforması təsis edib. “Qardaş Köməyi” Platforması (sədr Rəşad Cabirli) zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyatı dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirilməyi qərarlaşdırıb.
“Qardaş Köməyi” Platforması olaraq “Səninləyəm Türkiyəm!” başlığı altında aparılan yardım kampaniyasına dəstək verdiyimizi, zəlzələdən zərər çəkənlərə kömək məqsədilə pul, qan, tibbi ləvazimat və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv çalışmalara başladığımızı, İşçi Qrupu yaratdığımızı, hadisələrə çevik reaksiya verərək mövcud imkanları səfərbər etdiymizi, ictimai dəstək kampaniyasını genişləndirəcəyimizi bəyan edirik.
Platforma üzvləri olaraq belə həssas məqamlarda sui-istifadə hallarının qarşısının alınması, o cümlədən pərakəndəliyə yol verməmək üçün aşağıda məlumatları elan olunan yardım kampaniyasına həm fiziki, həm də hüquqi şəxsləri qoşulmağa çağırırıq:
“Ziraat Bank Azərbaycan”ın şöbələrindən və mobil hesablarından Türkiyənin AFAD təşkilatının (Fövqəladə Halların İdarə Olunması Agentliyi) hesabına Türkiyə lirəsi, ABŞ dolları və Avro ilə köçürmə edilməsi lazımdır.
O cümlədən Azərbaycan manatı ilə bu hesaba köçürmə edilməlidir:
“Yardım et!”
SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.
Onlayn İANƏ: Hesab.az və Yardım.et
Ödəmə terminalları: Milliön, eManat
AZN Hesabı:
Valyuta AZN
Benefisiarın bank Kapital Bank ASC Nəsimi filialı
Filialın kodu 200112
VÖEN 9900003611
SWIFT kod AIIBAZ2XXXX
Müxbir hesab AZ37NABZ01350100000000001944
Benefisiarın adı AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ
Benefisiarın hesabı AZ77AIIB38090059443500275111
Benefisiarın VÖEN-i 1700011681
Ünvan Bakı şəhəri, Nəsimi ray. İ. Qasımov küç 4
Telefon Telefon: +994124407169 Faks: +994124414849
Email [email protected]”.