Alimlər Günəşdə partlayış anını lentə alıblar.
Globalinfo.az xəbər verir ki, videonu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası paylaşıb.
“Bu, 2025-ci ilin ən böyük püskürmələrindən biri sayılır. O, təxminən oktyabrın 14-ü, gecə saat 2-4 radələrində baş verib. Plazma püskürməsi Yer və Merkuri orbitləri arasında baş verib. Əgər püskürmə bir gün gec baş versəydi, planetimiz bunun təsirinə məruz qalacaqdı.
Məsələn, bu ilin iyununda kiçik bir püskürmə Yerdə G4 səviyyəsində geomaqnit qasırğasına səbəb olmuşdu”, – məlumatda bildirilib.
Safura Bənnayeva
Globalinfo.az