fransa

Fransa Avropa İttifaqının (Aİ) Rusiya aktivlərinin müsadirə edilməsinə yönəlmiş istənilən təşəbbüslərinə qarşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Moskvadakı səfiri Nikola de Rivyer “Vedomosti” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, ölkəsi beynəlxalq hüquqa ciddi riayət etməkdə israrlıdır.

Diplomatın sözlərinə görə, Prezident Emmanuel Makron Parisin mövqeyini açıq şəkildə ifadə edib:

“Yəni Rusiya vəsaitlərinin müsadirəsi nəzərdən keçirilmir. Yeganə məqbul tədbir Ukraynaya yardım göstərmək üçün dondurulmuş aktivlərdən əldə edilən faizlərdən istifadə etməkdir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: