“Fələstinin radikal HƏMAS hərəkatı istənilən şəraitdə tərksilah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz HƏMAS-ı hər tərəfdən sıxışdırırıq, Qəzza ilə bağlı planın növbəti mərhələlərinə hazırlaşırıq”, – bildirib.
İsrailin baş nazirinin sözlərinə görə, Qüds buna istənilən vasitə ilə nail olacaq.
Əliyar Xəlil
Globalinfo.az