thumbs b c ae1574156a12697a4c6a5bfae52e1781

ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxış etmək niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Tramp İsrail Baş naziri Benyamin Netanyahunun dəvəti ilə İsrail parlamentində çıxış edə bilər”, – deyə bildirilib.

Bu barədə Ağ Ev rəhbəri də danışıb.

“Onlar mənim Knessetdə çıxış etməyimi istəyirlər və əgər belə istəyirlərsə, bunu mütləq edəcəm”, – Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsi ilə bağlı saziş imzaladığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: