Türkiyədə baş verən zəlzələdən sonra bütün şəhərlərdə dağıntılar altında qalanların xilas edilməsi işləri aparılır.
Globalinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ailəni uçqundan qurtarmaq üçün əraziyə xilasedicilər də cəlb olunub.
17 yaşlı qız 16 saatdan sonra dağıntılar altından sağ çıxarılıb.
Xilasetmə qrupları 17 yaşlı Hülya İremi 16 saat sonra dağıntılar altından sağ çıxarıb.
Məlumata görə, H.İremin xilasetmə əməliyyatı 1,5 saat davam edib.
Hülya İrem 18 yaşlı bacısı İlayda Polat da 4 saat əvvəl eyni dağıntılar altından xilas edilib.
