Rusiya bir gecədə Ukraynaya məxsus 149 pilotsuz uçuş aparatını (PUA) vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Onların 40-ı Rostov, 27-si Saratov, 18-i Bryansk, 15-i Samara vilayəti, 12-si Krım, səkkiz PUA Volqoqrad, 4-ü Belqorod vilayəti üzərində məhv edilib, Voronej və Kurmolqa vilayəti üzərində iki PUA vurulub. Daha 15 pilotsuz təyyarə Qara dəniz üzərində, üçü Azov dənizi üzərində zərərsizləşdirilib”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az