zaxarova 1423

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şimali Koreyada PUA sınağı ilə bağlı xəbərlərə münasibət bildirərkən Polşanın pilotsuz uçuş aparatı insidentinə reaksiyasına istehza edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə Teleqram kanalında yazıb.

“Biz Varşavadan onların necə qorxudulması ilə bağlı şərh gözləyirik”, – diplomat yazıb.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə bir neçə PUA Polşa sərhədini keçib. Polşa Baş naziri Donald Tusk 19 pilotsuz uçuş aparatının aşkar edildiyini bildirib. Varşava hadisədə Moskvanı günahlandırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: