5361575166892701885

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı yayılan iddialara cavab olaraq məhkəməyə müraciət edib.

Globalinfo.az xəbər verir ki, yerli KİV məlumat yayıb.

Prezidentin yaxın çevrəsinin məlumatına görə, Makron məhkəməyə Bricitin qadın olduğunu təsdiqləyən elmi sübut təqdim edəcək.

“Həyat yoldaşım kişi deyil. Bu barədə yayılan iddialar da həqiqəti əks etdirmir. Mən bunu sübüt edəcəm. Mənim elmi sübütüm var, onu məhkəməyə təqdim edəcəm”, – deyə Fransa Prezidenti vurğulayıb.

Xatırladaq ki, son illərdə Bricit Makronun əslində transgender olması barədə sosial şəbəkələrdə iddialar yayılıb. Bu iddialar Fransa cəmiyyətində böyük rezonans doğurub və Prezident cütlüyü tərəfindən böhtan kimi qiymətləndirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: