WhatsApp Image 2024 05 27 at 15.58.22

Qondarma Abxaziya “parlament”inin qarşısında atışma baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS yazıb.

Atışma nəticəsində “deputat” Vaxtanq Qolandziyanın öldüyü, digər deputatın isə yaralandığı bildirilib.

Hələ ki təfərrüat açıqlanmır.

Qeyd edək ki, son zamanlar Abxaziya ilə Rusiyanın münasibətləri pisləşib. Xüsusilə Moskva Abxaziyadakı çevrilişdən sonra qondarma rejimə qaz tədarükü üçün subsidiyanı azaldıb. Yeni qondarma rejim hökuməti isə Moskva ilə mübahisəli investisiya razılaşmasının ləğvi fikrindən əl çəkməyəcəyini deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: