ouoBRH66MvCrEGWdIZEhLf04pPF8JPhCvHrBwFaX 825

Naxçıvanda ağır yol qəzası baş verib.

Globalinfo.az report-a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

By8C10g8vuA6jdfsFUe5GqjYI4EaJbB7TcGUTMfZ 1200 2abOJtEi2JuyY1D3dPirtcdVWDjy5lX0tBzmhby0 1200

Paylaş: