Yəməndəki husi üsyançıları İsraildə bir sıra obyektləri dronlarla vurublar.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yahya Saria məlumat yayıb.
Hücum zamanı Təl-Əvivdəki Ben-Qurion və Eylat yaxınlığındakı Ramon hava limanları hədəfə alınıb, həmçinin Dimona şəhərində vacib bir obyektə də zərbə endirilib.
Yahya Saria əməliyyatın uğurla icra edildiyini bildirib, lakin Dimonadakı konkret hədəfi açıqlamayıb; qeyd olunur ki, bu bölgədə nüvə tədqiqat mərkəzi yerləşir.
***19:10
Yəməndəki husilər İsraildə üç növqeyə dronlarla zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi açıqlama yayıb.
Zərbələrin hədəfində İsrailin Ben -Qurion və Ramon hava limanları da olub.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az