Yeni soyuq müharibə: “Qalib o ölkə olacaq”

“Qərb hesab edir ki, istənilən potensial hərbi rəqibi qarşısında əhəmiyyətli texnoloji üstünlüyə malikdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Nəşr Qərbin Çinə qarşı yeni soyuq müharibədə qalib gələ bilməyəcəyini iddia edib.

Qeyd edilib ki, Çin hazırda dünyada ən güclü donanmaya malikdir və nüvə arsenalı 2030-cu ilə qədər minlərlə döyüş başlığına çata bilər:

“Pekin hipersəs raketlər sahəsində Qərbi geridə qoyub, həmçinin süni intellektin inkişafına yatırım edir. Çinin mövqeyinin gücləndirilməsi qlobal balansı dəyişə bilər. Qərb ya təcili olaraq öz irəliləyişini sürətləndirməli, ya da Çini ləngitməlidir”.

Safura Bənnayeva
Globalinfo.az