Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Prezidenti Volodimir Zelenskinin Budapeşti hədəf alan tənqidlərinə sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, diplomat bu barədə sosial şəbəkədə paylaşım edib.
Siyarto qeyd edib ki, Zelenski hər zamankı kimi Macarıstan haqqında qeyri-obyektiv şərhlər səsləndirib:
“O, Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyündən imtina etməsini qəribə adlandırıb, çünki hətta Rusiya da buna qarşı deyil. Zelenski yenə də öz standartları ilə mühakimə edir”.
Nazir vurğulayıb ki, Macarıstanın mövqeyi heç vaxt kənardan diktə olunmur, qərarlar yalnız milli maraqlara əsaslanır:
“Bizimlə Ukrayna arasında əsas fərq odur ki, biz kənardan gələn əmrlərə əməl etmirik. Macarıstan hökuməti hər şeydən öncə xalqının sözünə üstünlük verir. Onlar isə açıq şəkildə bildiriblər ki, Ukraynanı Avropa İttifaqında görmək istəmirlər”.
Siyarto əlavə edib ki, Macarıstan vətəndaşları Ukraynanın Aİ-yə qəbulunun ölkənin kənd təsərrüfatına, əmək bazarına və ümumi təhlükəsizliyinə ciddi mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
Tahir Turan
Globalinfo.az